Azərbaycan Hindistana meyvə ixrac edəcək - FOTO
06
dek
2017
19:01
Azərbaycan iş adamlarından ibarət ixrac missiyasının Dubaya səfəri davam edir.İqtisadiyyat Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, nazirliyin, AZPROMO-nun və Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki Ticarət nümayəndəsinin birgə təşkilatçılığı ilə missiya iştirakçıları yerli məhsullarımızın Dubayın market və bazarlarında satışı imkanları və distributorluq məsələlərinin müzakirə olunduğu ikitərəfli görüşlərdə iştirak ediblər.Missiya çərçivəsində meyvə-tərəvəz istehsalı və ixracı sahəsində fəaliyyət göstərən şirkətlərimiz Yaxın Şərq ölkələrində ən iri meyvə-tərəvəz sərgisi olan “WOP Dubai”da da iştirak ediblər. Sərgi çərçivəsində “Azərbaycanın meyvə-tərəvəz məhsularının ixrac potensialı” mövzusunda seminar keçirilib. Seminarda xarici sahibkarlara rəqabətqabiliyyətli və ixracyönümlü məhsullarımız, “Made in Azerbaijan” brendinin təşviqi məqsədi ilə həyata keçirilən tədbirlər barədə məlumat verilib, ixrac missiyasında iştirak edən şirkətlərin fəaliyyətlər barədə təqdimatlar keçirilib. Sərgi zamanı Azərbaycan məhsulları da nümayiş olunub. Meyvə-tərəvəz məhsullarımız tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və Azərbaycan meyvələrinin Hindistana ixracına dair razılıq əldə edilib.İxrac missiyası çərçivəsində keçirilən görüşlərdə də bir sıra uğurlu nəticələr əldə edilib. Görüşlər zamanı Azərbaycanın “Brightman BMC” şirkəti konservləşdirilmiş məhsulların BƏƏ ölkələrinə və Banqladeşə ixracına dair “Al-maya” və “Lulu” marketlər şəbəkələri və “Al-Ghamdi” trading şirkəti ilə ilkin razılıq əldə edib. “Sunfood” şirkəti nar şirəsinin və çayın, “Səba” ət məhsullarının, “Kerkom” və “Azəri-bal” şirkətləri isə balın BƏƏ-yə ixracına dair “Al-maya”, “Lulu”, “Al-Qudva” marketlər şəbəkələri ilə danışıqlara başlayıblar. “Az-Granata” şirkəti nar şirəsinin Dubaya ixracına dair “Vit” şirkəti ilə ilkin razılığa gəlib. “Azprotein” şirkəti “Al-Tayeb” pərakəndə və topdansatış distributor şirkəti ilə və “Choitrams” marketlər şəbəkəsi ilə ət məhsullarının BƏƏ və digər Körfəz ölkələrinə ixracına dair razılıq əldə edib.İxrac missiyası çərçivəsində missiya iştirakçıları həmçinin, bazar və iri marketlər şəbəkələrində olublar.BAKU.WS
Oxşar xəbərlər
8 manatlıq bananla bağlı - Açıqlama
Bir neçə gün əvvəl Fresco marketində 8 AZN-ə Lənkəran istehsalı olan mini bananların satıldığı barədə məlumat yayıldı. BAKU.WS xəbər verir ki, bununla bağlı mağ...