Bakıda "Şərab evləri" bağlanır (FOTO)

Bakıda Şərab evləri bağlanır (FOTO)
Sosial 1205

Bu ildən etibarən Azərbaycanda spirtli içkilərin satışında tətbiq olunan yeni qaydalar insanlar arasında çaşqınlıq yaradıb.

BAKU.WS-in məlumatına görə, bir çox mağaza və dükanlardan spirtli içkilər yığışdırılıb. Bəzi mağazalarda isə satıcılar bu məhsulları gizlicə satmağa başlayıblar. Onlar tanımadıqları adamlara araq və digər spirtli içki satmağa qorxurlar. Bununla da, bazarda müəyyən xaos yaranıb. Topdansatış məntəqələrində isə spirtli içkilərin satışını dayandırıb. Satıcılar BAKU.WS-in əməkdaşına bildiriblər ki, satışların dayandırılmasının səbəbi yeni sistemin hələ tam işə salınmamasıdır. "Hələlik bizimlə alış-veriş edən mağazalar, dükanlar yeni sistem tətbiq etməyiblər. Kiçik dükanlarda kart sistemi yaradılmayıb. Biz bilmirik ki, yeni sistemlə işləmək sərf edəcək, ya yox”, - deyə satıcılar bildiriblər. Topdansatış məntəqələrindən bildirirlər ki, kart satışı alış-veriş baxımdan sərf etmir. Çünki əllərində nağd pul olmadığı üçün satdıqlarının əvəzini ala bilmirlər. Müşahidələrimiz zamanı isə gördük ki, bir çox "Şərab evləri” fəaliyyətlərini dayandırıblar. Bəziləri mağazalarını ümumiyyətlə bağlayıblar. Bəziləri isə mağazanın qapısına hələlik satış olmadığını yazıblar. Mağaza sahibləri satışın dayanadırıldığını yeni sistemin tətbiq edilməməsilə izah edirlər. Yeni sistemlə işləyən "Şərab evləri” də var.

"Bizim mağazaya vergi işçiləri gəlib və pulsuz POS-terminal quraşdırılıb. Mağazamızda yerli və xaricdən gətirilən içkilər var. Hamısı dövlət qeydiyyatından keçirilib və uçot blankları, qaimə-fakturaları var”, - deyə mağaza sahibi bildirib. Vergilər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirdilər ki, qəbul edilən qayda əslində çox bəsitdir. Belə ki, spirtli içkilərin ölkə ərazisində dövriyyəsinin tənzimlənməsində yeni qaydaların tətbiq edilməsində əsas məqsəd büdcəyə əlavə verginin cəlb olunmasından daha çox əməliyyatların şəffaflığının təmin edilməsi və nağdsız ödənişlərin stimullaşdırılmasıdır.

"Hazırda spirtli içkilərin plastik kartlarla satışı üçün Azərbaycanda lazım olan hər bir şərait mövcuddur. Ölkədə 6 milyona yaxın plastik kart, 84 mindən çox POS-terminal var. POS-terminalı olmayan obyektlərin müraciəti əsasında orada dərhal pulsuz olaraq POS-terminal quraşdırlır”, - deyə məluamtda bildirilib. Bu ba barədə ətraflı məlumatları "Mağazalarda araq kartla necə satılacaq? (RƏSMİ AÇIQLAMA)” adlı yazımızdan oxuya bilərsiniz. Ziya Babayev BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər