Venesuelada hantavirus can aldı: 3 nəfər həyatını itirdi
Venesuelanın şərqində hantavirus infeksiyası səbəbindən üç nəfər vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə Venesuela Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ansoateqi ştatında qeydə alınan üç ölüm hadisəsinin hantavirus infeksiyası nəticəsində baş verdiyi laborator müayinələrlə təsdiqlənib.
Nazirlik eyni zamanda ölkənin qərbində yerləşən Barinas ştatında iki tibb işçisinin hələlik müəyyən edilməmiş səbəbdən öldüyünü açıqlayıb.
Rəsmi məlumata görə, Barinasdakı ölüm halları ilə Ansoateqidə aşkarlanan hantavirus yoluxmaları arasında hər hansı əlaqə yoxdur və hadisələr bir-birindən müstəqil şəkildə araşdırılır.
Oxşar xəbərlər
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Fransada 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıran qanun qəbul edilib. BAKU.WS xəbər verir ki, Fransa parlamenti Prezident Emman...