VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Yubiley münasibəti ilə elektronika və məişət texnikası mağazaları şəbəkəsi yeni bir kampaniya elan edir.

Elektronika və məişət texnikası bazarında aparıcı mövqe tutan Baku Electronics mağazalar şəbəkəsi bu il 25 illiyini qeyd edir. Yubiley münasibəti ilə Baku Electronics hər kəsə hədiyyə olaraq xüsusi kampaniyasını təqdim edir.


Aprel ayı ərzində Baku Electronics-in bütün filiallarında alıcılar müvafiq əşyanı ilkin ödəniş etmədən 25 aylıq hissə-hissə ödənişlər ilə ala bilər. Bu yeni smartfon, notbuk, televizor və ya soyuducuya sahib olmaq üçün gözəl fürsətdir. Həmçinin ödənişləri 25 ay boyunca edəcəyiniz üçün bu bir o qədər gözəgörünməz olacaq və sizin maddi vəziyyətinizə təsir etməyəcək.

Baku Electronicsin tarixi 1994-cü ildə ilk elektronika və məişət texnikası mağazasının açılması ilə başladı. Çoxlu məhsul çeşidlərinə sahib olan mağaza qısa müddətdə məşhurluq qazandı. Son illər Baku Electronicsin uğurlu fəaliyyəti nəticəsində o elektronika və məişət texnikası sahəsində ixtisaslaşmış şəbəkəyə çevrilərək son texnologiyanın ilk ünvanı olmuşdur.


Alıcılar üçün Baku Electronics hər şeydən öncə yüksək keyfiyyətli məhsullar, etibarlılıq və güvən ifadə etməkdədir. Çünki şirkət Samsung, LG, Bosch, Sony, Apple, Huawei, Tefal, Rowenta, Panasonic, Acer, Philips, Lenovo, Kenwood, Braun, Delonghi, VMF, Schaub Lorenz, Whirpool kimi dünya markalarının rəsmi distribütorudur. 2018-ci ildə Baku Electronics Nərimanov rayonunda yerləşən Hipermarket filialı ilə yanaşı “İnşaatçılar” və “Azadlıq” filiallarında yeni bir konsepsiya təqdim etdi: Ev əşyaları. Qab-qacaq və büllur, yataq dəstləri və hamam aksesuarları, tavalar və qazanlar bir sözlə eviniz üçün hər şey.


Hal-hazırda Baku Electronics-in 14 mağazası fəaliyyət göstərir. Bunlardan 6-sı Bakı şəhərində digərləri isə Sumqayıt, Şəmkir, Quba, İsmayıllı, Gəncə və Mingəçevirdədir. 2019-cu ildə yeni filialların açılışı nəzərdə tutulmuşdur. Həmçinin qeyd edək ki, 19 aprel tarixində N. Nərimanov metro stansiyasının çıxışında ümumi sahəsi 3500 kvadratmetr olan üç mərtəbəli Baku Electronics hipermarketinin açılışının bir illiyi qeyd olunacaq. Bu təkcə ölkənin deyil, həm də Qafqazın ən böyük elektronika və məişət texnikası mağazalarından biridir.

www.bakuelectronics.az
www.facebook.com/pg/Baku.Electronics.MMC
https://www.instagram.com/baku.electronics.home/
https://www.instagram.com/baku.electronics.mmc/