SİZİN REKLAM BURADA!
055 213 76 73



“Metropol 145”-ə xoş gəlmişsiniz!

“Metropol 145” - paytaxtımızın kifayət qədər tanınan və sevilən “145Group“ restoranlar şəbəkəsinin yeni və maraqlı bir layihəsidir.

Artıq qapılarını bakılılar və şəhərimizin qonaqları üçün açmış bu məkan xoş, rahat ab - havası ilə doğma Bakımızın mərkəzində Natavan heykəli və “Azərbaycan” kinoteatrının yanında Əziz Əliyev küçəsi 11 ünvanında yerləşir.


Qış terrası da daxil olmaqla, 280 m2 ümumi sahəni əhatə edən müasir və eyni zamanda autentik üslubda interyer həllinə malik “Metropol145”, ziyarətçilərin zövqünü oxşamaqla, mehriban olduğu qədər peşəkar personalı ilə hər zaman yolunuzu gözləyir.

Dostları və əzizləri bir araya gətirən bu məkan, qış və yay terrası ilə şəhərin səs-küyü, ağır və yorucu iş günlərindən dincəlmək üçün 24/7 iş rejimi ilə fəaliyyət göstərir.


Milli, Avropa, xüsusilə italyan və meksikan mətbəxinin 50-dən çox dadlı təamları, eləcə də eksklüziv çay və qəlyanlarını münasib qiymətə təklif edən “Metropol145” üçün hər bir ziyarətçi qiymətlidir və mühümdür. Həftə içi və istirahət günləri qonaqlara təklif edilən milli və fransızsayağı xüsusi səhər yeməklərinin sifarişi saat 08.00- 12.00–dək qəbul edilir.


Qeyd edək ki, “145” restoranlar şəbəkəsinin qonaqları üçün nəzərdə tutulan ənənəvi Klub Kartı burada da keçərlidir. Bu kart sahibləri restoranlar tərəfindən təklif olunan bütün aksiya və xüsusi təkliflərdən, ən əsası yalnız “Metropol145” restoranın ziyarətçiləri 31.01.2019 tarixinədək tam 10% həcmində cashback əldə etmək imkanından faydalana biləcəklər.


Keyfiyyətli xidmətdən razı qalıb artıq daimi qonaqlarımız olan ziyarətçilərimizin məmnunluğu bizim üçün ən böyük motivasiyadır. Bundan qiymətli nə ola bilər? Davamlı olaraq, bundan sonra da əhatə dairəmizi genişləndirmək, yeni iaşə obyektləri, eləcə də beynəlxalq bazarlara çıxış kimi iddialı layihə və təşəbbüslərə imza atmaq niyyətindəyik” – deyə “145” restoranlar şəbəkəsinin PR və Marketinq meneceri Günel Məmmədova qeyd etdi.


Ünvan: Əziz Əliyev küçəsi 11 (Natavan heykəlinin yanı)
Rezervasiya üçün: 051 9000 145
Qeyd:“145” restoranlar şəbəkəsinə altı məkan “Çayevi145”(2003il), “Çaybağı145” (2016il), “Greengarden145” (2016il), “Malacannes145” (2017il), “Passage145” (2017il) və “Metropol145”(2018il) aiddir.

http://www.145group.com/
https://www.facebook.com/metropol145/
https://www.instagram.com/metropol145/
Tripadvisor.com