Bakının gözlədiyi tarixi qərar bu gün açıqlanacaq
23
noy
2018
11:50
Bu gün Fransanın paytaxtı Parisdə “Ekspo 2025” Ümumdünya Sərgisinin təşkil olunacağı şəhər seçiləcək.BAKU.WS-in məlumatına görə, “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədlər arasında Bakının da adı var. Bakı, Yekaterinburq və Osaka şəhərləri ilə mübarizə aparacaq. Qalib şəhər səsvermə zamanı ümumi səslərin 2/3 toplamalıdır. Əgər lazımi nəticə əldə olunmazsa, yenidən səsvermə təşkil olunacaq. Qeyd edək ki, Azərbaycanın beynəlxalq sərgilərdəki pavilyonu ən çox ziyarət olunan və yüksək dəyərləndirilən povilyonlardan olur. Azərbaycan pavilyonu hər zaman böyük rəğbət qazanır. Azərbaycanın böyük tədbirləri təşkil etmək təcrübəsi də “Ekspo 2025”in Bakıda keçirilməsi qərarında xüsusi rol oynayacaq. Bakı Ekspo 2025 üçün nəzərdə tutulmuş ərazi Bakı şəhərinin şərq hissəsində yerləşir. Şəhərin iki qəsəbəsi arasında yeni torpaq ərazisində salınacaq və 200 hektar sahəni əhatə edəcək bu məkan tam yenidən qurulmuş nəqliyyat infrastrukturu ilə Bakı şəhərinin davamı da hesab oluna bilər. Bura dünyada yeni şəhər parkı olması ilə yanaşı, eyni zamanda, ölkə əhalisi və şəhərimizə təşrif buyuran qonaqlar üçün də əvəzsiz miras olacaq. 160 ildən çoxdur ki, təhsili, yeniliyi və əməkdaşlığı təbliğ etməklə, Ümumdünya Ekspo sərgiləri cəmiyyəti bəşəriyyətdə baş verən dəyişiklikləri daha aydın şəkildə görməyə və çətin dönəmlərdən rahat keçməyə yardımçı olur.Sənaye inqilabının ilk dövrləri ilə eyni vaxtlarda təşkil edilən erkən Expo sərgiləri ölkələrə öz mədəniyyətlərini və qüdrətlərini nümayiş etdirmək, memarlıq və texnoloji şücaətlərini sərgiləmək imkanı verirdi. Telefon, yazı makinası və lift kimi ixtiralar, Eyfel Qülləsi və Azadlıq Heykəli kimi son memarlıq yenilikləri ilk dəfə məhz Ekspo sərgiləri zamanı nümayiş etdirilmişdir.Hazırda Ümumdünya Ekspo sərgiləri yalnız sənaye sahəsinin inkişafı və ölkənin təbliğatı xarakterini daşımır. Onlar müasir dünyamızın ümumbəşəri problemlərinin həlli yollarının axtarılması istiqamətində müzakirə mərkəzlərinə çevrilib.Qapılarını milyonlarla qonağın üzünə açan Ümumdünya Ekspo sərgiləri, bir çox ölkələrə gözəl pavilyonlar tikmək imkanı yaratmaqla yanaşı, eyni zamanda, şəhərin simasını dəyişən, onun mənzərəsinə gözəllik qatan yeniliklərə də səbəb olur.AbbasBAKU.WS
Oxşar xəbərlər
Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşüb - FOTO
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 18-də İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasella...