Bakının ən gözəl mənzərəli terrasa malik məkanı - "Çay bağı" (FOTO)
BAKU.WS Azərbaycanda fəaliyyət göstərən restoranlar haqda hazırladığı silsiləvi yazılara daha birini əlavə edir. Bu dəfə sizi özünüzü nağıllar aləmindəki kimi hiss edə biləcəyiniz bir məkana "Çay bağı”na virtual səyahət etdirəcəyik.
Aprelin 21 dən etibarən Bakının ən gözəl guşələrindən olan İçəri şəhərdə yerləşən "Çay bağı"nın möhtəşəm terası müştərilərin istifadəsinə verilir.
Şəhərin ən böyük çay evi olan "Çay bağı" 1200 kvadrat metr ərazidə yerləşir. Restoranın möhtəşəm verandası XV əsrə aid Hacı Banu hamamının üzərində yerləşir. Restoranın ikinci mərtəbəsində yerləşən 6 kabinet yalnız ailələrin rahat şəkildə qəlyan çəkməsi üçün nəzərdə tutulub. Qiymətlərin münasib olduğu bu məkan yüksək keyfiyyətli qəlyanı ilə seçilir. Restoranın terasından isə möhtəşəm şəhər panoramasını seyr edə bilərsiniz. Bundan başqa restoran ərazisində müştərilərin avtomobillərini rahat şəkildə park etməsi də şərait yaradılıb.
Məkandan Qız Qalasına, Dənizkənarı bulvara və Xəzər dənizinə gözəl mənzərə açılır. Restoranın personalı 24 saat boyunca müştərilərə böyük həvəslə xidmət göstərirlər. "Çay bağı” qonaqlarına təkrarolunmaz dadlara və ətirlərə malik qəlyan, ənənəvi olaraq kömürlə qaynadımış samovarda dəmlənmiş çay, geniş çeşiddə şirniyyat və ev şəraitində hazırlanmış müxtəlif mürəbbə növləri təqdim edir.
Məkanda həmçinin də istirahət etmək və gündəlik qayğılardan uzaqlaşmaq üçün interyerinə görə bir-birindən fərqlənən müxtəlif otaqlar mövcuddur. Aşpazların böyük zövqlə hazırladıqları yeməklər sizi yaxşı mənada təəccübləndirəcək. Restoranımızn doyumli və xeyirli səhər yeməyi, dadlı nahar və ya yüngül şam yeməyi süfrəsinə qonaq olmağınız isə sizin seşçminizə qalır. Restoranda səsləndirilən canlı musiqi sizin gecənizin daha da xoş keçməsinə şərait yaradacaq.
Sizi, qeyri-adi, unudulmaz bir gün keçirmək və bacarıqlı ustaların hazırladıqları dadlı təamlardan zövq almaq üçün "Çay bağı”na dəvət edirik!
Ünvan: İçəri Şəhər, Böyük qala döngəsi 3, Qız Qalasının yanı / Telefon: 050 600 01 45
Əgər siz də məkanınızın bu cür maraqlı şəkildə təqdim olunmasını istəyirsinizsə bizimlə əlaqə saxlayın- 012 505-52-20.
Oxşar xəbərlər
Bakıda bir nömrəli dönərin ünvanı - "Bayramoğlu" (FOTO)
BAKU.WS artıq bir müddətdir ki, maraqlı layihəyə start verib. Belə ki, Azərbaycanda fəaliyyət göstərən, milli və dünya mətbəxinin ən ləziz nümunələrini müştəril...