İçərişəhərin məşhur restoranı "Qazmaq” - Ən dadlı təamların məkanı (FOTO)
İçəri şəhər kiçik qala küçəsi 124 ünvanında yerləşən və ləziz mətbəxi ilə hər kəsi heyran edən "Qazmaq" restoranı bütün dünyada məşhur "TripAdvisor" saytının Azərbaycan üzrə reytinq siyahısında 4-cü yerdə qərarlaşıb.
ABŞ-ın ən böyük səyahət saytı olan və 315 milyondan çox ziyarətçiyə malik "TripAdvisor" 45 ölkədə 25 dildə fəaliyyət göstərir. Paytaxtımıza gələn turistlərin ziyarət etdiyi bu məkan "TripAdvisor" in siyahısında İçəri şəhərdə yeganə restorandır ki, "TripAdvisor"in ən yüksək reytinq pilləsində yer alıb. İçəri Şəhərdəki digər restoranlar 15-ci yerdən sonrakı pillələrdə qərarlaşıblar. Hər gün saat 19:00-dan sonra canlı musiqiyə yer verilən restoranda Azərbaycan milli mətbəxinin nümunələri ilə yanaşı qonaqlara restoranın özəl yeməkləri də təqdim edilir.
Ən əsası isə bu yeməklər gözlərinizin önündə hazırlandığı üçün könül rahatlığı ilə dada bilərsiniz. Bu restoran Bakı sakinlərinin həftədə bir dəfə dadlı yeməklərdən yemək üçün baş çəkdiyi ən məşhur restoranlardan biridir. Burada "kefli beçə", "kefli quzu” kimi məşhur yeməklərlə yanaşı xüsusi olaraq konservləşdirilmiş balıq və ət də restoranın özündə hazırlanır. Müştərilər bu təamlardan bircə dəfə daddıqdan sonra sözsüz ki, "Qazmağ"ın daimi müştərisi olacaqlar. Restoranda milli şirniyyatlarımızla bol olan, dadlı və ətirli çay süfrəsindəndə zövq almaq şansınız var. Bundan başqa restoranda günün istənilən vaxtı səhər yeməyi yeyə bilərsiniz. Burada ləziz təamlar, yüksək səviyyəli işçi heyəti və gözəl verandada ürəyinizcə xidmət görə biləcəksiniz.
Qeyd edək ki, ləziz təamları restoranın terrasında əyləşərək də dada bilərsiniz. Yeni interyer, keyfiyyətli yemək, yüksək səviyyəli servis, təmizliyin bir arada cəmləndiyi restoranda xüsusi günlərinizi qeyd etmək üçün 50 nəfərlik banket zalı da fəaliyyət göstərir.
BAKU.WS
Oxşar xəbərlər
Bakı restoranlarında Yeni il gecəsi: 30 manatdan 300 manata qədər (SİYAHI)
Yeni İlə 8 gün qalıb. Artıq paytaxtımızda bayram ab-havası hiss olunmaqdadır. Hər kəs Yeni il gecəsini harada keçirmək barədə düşünür. Bəs görəsən Bakıda əylənc...