Bakıya səyahət etmək üçün 7 səbəb (FOTOREPORTAJ)
Rusiyanın dni.ru saytında Azərbaycan və paytaxtı Bakı haqqında geniş fotoreportaj yer alıb.
BAKU.WS məlumat verir ki, saytda Azərbaycan dörd böyük - Avropa türk, rus və fars mədəniyyətlərinin qovşağında yerləşən perspektivləri və ambisiyaları ilə böyük bir ölkə kimi təqdim olunub. Məlumatda qeyd olunub ki, insanlar Bakıya səyahət edərək istirahət günlərini daha maraqlı və yadda qalan edəcəklər. Bununla yanaşı Bakıya səyahət etmək üçün 7 əsas səbəb qeyd olunub ki, onlar da aşağıdakılardır:
1. Köhnə şəhər, yaxud İçərişəhər.
Paytaxtın ən qədim hissəsi sayılan İçərişəhər YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilib. Burada siz Bakının memarlıq nümunələri ilə tanış ola və yerli tacirlərdən qeyri-adi suvenirlər ala bilərsiniz İçərişəhərdə gəzərkən Şirvanşahlar sarayı, Bazar meydanı, Ağa Mikayıl Hamamı, Karvansaray, Qoşa Qala Qapıları kimi tarixi abidələrlə tanış olacaqsınız. Şəhərin panaromasını isə Qız Qalası gözəlləşdirir.
2. SSRİ-ni xatırladan küçələr.
Əgər siz SSSR-də anadan olmusunuzsa, Bakının məşhur küçələri haqda da eşitmisiniz. XX əsrin 90-cı illərində bir çox məşhur filmlər məhz bu küçələrdə çəkilib: "Amfibiya adam”, "Mənim əziz atam”, "Aybolit -66”, "Tehran-43, "Brilyant əl”. Sovet rejissorları ilə yanaşı, Bakı xarici kinematoqrafların da diqqətini çəkib. Məsələn, "Ceyms Bond” haqda 19-cu filmin bəzi səhnələri Bakının ətraf ərazilərində çəkilib.
3. Böyük şəhərin işıqlarını seyr edin
Son on ildə Bakıda qurulan yeni tikililər turistlərin diqqətini çəkir. İçərişəhərin Şərq əhval-ruhiyyəsi Bakının müasir hissəsindən tamamilə fərqlənir. Şəhərin "vizit kartı” isə 2012-ci ildən "Alov qüllələri”dir.
4. Bakı xalçaları ilə tanış olun
Bakının əsas rəmzlərindən biri də xalçalardır. Burada şəhərin mərkəzində Xalça muzeyi yerləşir. İçərişəhəri gəzərkən burada tamamilə əl işləri olan xalçalara rast gəlmək mümkündür. Qiymətli xalçaları isə Bakıdan 170 kilometr şimal-şərqdə yerləşən Quba şəhərindən əldə etmək mümkündür.
5. Təbii gözəlliklərdən zövq alın
Bakı Xəzər dənizinin sahilində yerləşdiyi üçün çimərlik mövsümündə burada dincəlmək əlverişlidir. Azərbaycanın paytaxtından 60 kilometr cənubda yerləşən tarixi Qobustan qayalıqlarında isə nadir palçıq vulkanları var.
6. Milli mətbəxin təamlarının dadına mütləq baxın
Azərbaycan mətbəxi xüsusi ilə diqqət çəkir. Əgər siz Bakıya getsəniz milli mətbəxlə yanaşı, müasir təamların da dadına baxa biləcəksiniz. Azərbaycanın milli mətbəxi Şorabalar, kabab, əcəpsandal, qutablar, dovğa, düşbərə, küftə, piti, dolma, aş, yerli pivə, paxlava və s. kimi yeməkləri ilə zəngindir.
7. Alış-veriş mərkəzlərini gəzməyi unutmayın
Baxmayaraq ki, alış-veriş turistlər üçün mühüm deyil, ancaq Bakıya getsəniz müxtəlif tanınmış brendlərin məhsulları satılan ticarət mərkəzlərini mütləq ziyarət edin. Bakıda aparacı ticarət mərkəzləri "Park Bulvar”, "Nargiz Mall”, "28 Mall”, "Metropark”, "Port Baku”dur. Alış-verişdən başqa, siz məşhur "Torqovı” (Nizami küçəsi – red.) küçəsini gəzə, fontanlara tamaşa edə, səliqəli restoranlarda əyləşib səhər, nahar və ya şam yeməyi yeyə bilərsiniz.
Ayşən Ayxan
BAKU.WS
Oxşar xəbərlər
Bəy-gəlindən rayon maşınlarının paytaxta buraxılmaması qərarına özünəməxsus etiraz (VİDEO)
Bakıdakı tıxac problemini aradan qaldırmaq üçün rayon qeydiyyatlı maşınların Bakıya girişi məhdudlaşdırıb. BAKU.WS-in məlumatına görə, bu səbəbdən Şəkidən Bakı...