Bakıya gələn turistlərə Sədərəyi də göstərdilər (FOTO)
Bakı şəhərinə avtobusla səyahət turları təşkil edən ikimərtəbəli üstüaçıq avtobus Sədərək Ticarət mərkəzinə gedib.
BAKU.WS-in məlumatına görə, "Sity Sightseeng Baku" Şirkətinin rəhbərliyilə Mədəniyyət Nazirliyi rəhbərliyi altında təşkil olunan səyahət avtobusu Sədərəyə gedib çıxıb. Sosial şəbəkələrdə yayılan həmin foto böyük rezonansa səbəb olub. Maraqlıdır görəsən həmin avtobusun Sədərəkdə nə işi varmış? Qeyd edək ki, Azadlıq meydanınından hərəkətə başlayan səyahət avtobusunun 15 dayanacağı var. Hər dayanacaqda 2 dəqiqə dayanır. Azadlıq meydanından hərəkət edən avtobus Heydər Əliyev Mərkəzi, Muasir İncəsənət Muzeyi, Qız qalası, "Azneft" dairəsi, "Four Seasons" oteli, İçərişəhər metrostansiyası, Şəhidlər xiyabanı, Dağüstü park, Bəhramgur heykəli, Dövlət Bayrağı meydanı, Panoram çarxına gedir. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bakı-Sumqayıt qatarının Siyəzənə gedib çıxması xəbərinə rəsmi açıqlama
Dünən Bakı-Sumqayıt qatarının Sumqayıt əvəzinə Siyəzənə gedib çıxması barədə məlumatlar yayılıb. BAKU.WS-in məlumatına görə, sosial şəbəkələrdə və kütləvi info...