Bakının ən böyük terrasına malik Green Garden 145-dən xanımlara jest

Bakının ən böyük terrasına malik Green Garden 145-dən xanımlara jest
Sosial 6671
BAKU.WS Azərbaycanda fəaliyyət göstərən restoranlar haqda hazırladığı silsiləvi yazılara daha birini əlavə edir. Bu dəfə sizi ailə üzvləriniz və dostlarınızla xoş gün keçirə biləcəyiniz Bakının növbəti möhtəşəm məkanına-"Green Garden 145"-ə qısa virtual səyahətə dəvət edirik. "Green Garden 145" Bakının ən gözəl guşələrindən biri olan Bakı Əyləncə Mərkəzində yerləşir.

Bu gözəl məkanda istirahət sizin də haqqınızdır! İlin istənilən fəslində xüsusən də gözəl yaz havasında dostlarınızla yığışıb, ürəyiniz istəyən kimi dincəlmək üçün "Green Garden 145" əla seçimdir. Buranın yaşıl qış bağının təravəti, samovar çayının ləzzəti, rahat məkan-bir sözlə istirahət üçün nə lazımdırsa sizi "Green Garden 145"də gözləyir.

Burada həmçinin dəniz məhsulları sevənlərin də zövqünü, ağız dadını oxşayan yeməklər təklif edilir. "Green Garden 145" ən gözəl qəlyanaltıların, ləziz yeməklərin dadından həzz alacağınız bir məkandır. 9 növ pizzanın ağız dadınıza uyğun olanını seçib burada dada bilərsiniz. Milli və Avropa mətbəxinin ləziz yeməkləri ilə məşhur olan bu məkanda növbənöv kababları da dada bilərsiniz. Öz qəlyanı ilə məşhur olan "Green Garden 145"  yeni kokteyl menyusu ilə xidmətinizdədir. Onu da əlavə edək ki, "Green Garden 145" 24 saat fəaliyyət göstərir.

"Green Garden 145"-in 90 nəfərlik zalı və yenicə açılmış paytaxtın ən böyük, 120 nəfərlik terrası artıq sizin yolunuzu gözləyir. Yeni təmirdən çıxmış VIP kabinet və pulsuz park xidməti də sizlərin rahatlığını təmin etmək üçün təşkil edilib.

Ünvan:  B.Ə.M-in yanı, F.Bayramov 1130/33 | Tel: +994514000145

 

Son xəbərlər