İzmirdə meşə yanğınları, Adnan Menderes hava limanında uçuşlar bərpa edilib - VİDEO

İzmirdə meşə yanğınları, Adnan Menderes hava limanında uçuşlar bərpa edilib - VİDEO
Video
Siyasət 57

İzmirin Qaziemir ilə Buca rayonları arasında çıxan meşə yanğınlarının söndürülməsi istiqamətində işlər davam edir.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğının Adnan Menderes Hava Limanına yaxın olması və yüksələn tüstü səbəbindən dayandırılan uçuşlar qaydasına düşüb. Yanğın Sarnıç rayonundakı yaşayış məntəqələrinə yaxınlaşıb. Xüsusi qrupların müdaxiləsi ilə yaşayış məhəllələrinə yayılan alov təhlükəsinin qarşısı alınıb.

Yanğına müdaxilə gecə boyu davam edib. İzmir Meşə Region Müdirliyinə bağlı xilasetmə qrupları küləyin təsiriylə yayılan yanğının qarşısını almağı bacarıblar. Yanğınsöndürmə komandanlıq mərkəzindən pilotsuz uçuş aparatı (PUA) ilə izlənilən yanğına gecə görüşlü 4 helikopter də dəstək verib.

İzmir valisi Süleyman Elban da sosial media hesabından verdiyi açıqlamada yanğınla mübarizə aparan qrupların sayı ilə bağlı təfərrüatları paylaşıb. Elbanın açıqlamasında, 7 təyyarə, 23 helikopter, 2 qoşqulu traktor, 98 su tankeri, 19 su tankeri, 1 paletli traktor, 21 tonajlı tanker, 8 dozer, 13 TOMA, 98 mülki qrup, ümumilikdə yanğının söndürülməsində 2172 nəfərin iştirak etdiyini bildirib.

Buca Bələdiyyə Başçısı Görkem Duman, yanğın bölgəsində araşdırma etdikdən sonra jurnalistlərə verdiyi açıqlamada, qrupların qeyri-adi mübarizə apardığını və davamlı olaraq istiqaməti dəyişən külək səbəbiylə çətinliklər yaşandığını söylədi. Bəzi istiqamətlərdə yanğının dayandığını deyən Duman işlərə bələdiyyə axtarış-xilasetmə qruplarının da qatıldığını bildirib. Bölgədə sement fabrikinin olduğunu deyən bələdiyyə sədri bununla bağlı riskin olduğu iddialarının həqiqəti əks etdirmədiyini sözlərinə əlavə edib.

Kənd Təsərrüfatı və Meşə Nazirliyinin yanğınlarla bağlı verdiyi açıqlamada, "İzmirin Qaziemir və Buca rayonlarında baş verən yanğınlara havadan və qurudan müdaxilələrimiz davam edir. Bütün imkanlarımızla yanğını nəzarət altına almağa çalışırıq"deyə qeyd edilib.

Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı açıqlamasında: "İzmir Buca, Kütahya Gediz və Balıkesirdə baş verən meşə yanğınlarına 14 təyyarə, 30 helikopter, 103 quruda işləyə bilən texnika sövq edilib. Yanğınları idarə etmək üçün müdaxilə aralıqsız davam edir.", deyə bildirib.

Milli Müdafiə Nazirliyi (MSB) bildirib ki, İzmirin Qaziemir bölgəsində yanğınsöndürmə işlərinə dəstək olmaq üçün Quru Qoşunları Komandanlığına aid 5 helikopter ayrılıb. Nazirliyin sosial media hesabından edilən açıqlamada, "İzmirin Qaziemir şəhərində yanğınsöndürmə işlərinə dəstək olmaq üçün Quru Qoşunlarımıza məxsus 3 AS-532 və 2 CH-47 tipli helikopter təyin edilib", deyə qeyd edilib.

Son xəbərlər