Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması yolunda ikinci Vaşinqton razılaşması mühüm əhəmiyyət daşıyır
Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması yolunda ikinci Vaşinqton razılaşması mühüm əhəmiyyət daşıyır.
BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib.
Onun sözlərinə görə, Sülh və Rifah Naminə Tramp Marşrutu (TRIPP) məhz şərqdə Azərbaycanın əsas hissəsi, qərbdə isə Naxçıvan vasitəsilə Türkiyə üzərindən qlobal bazarlara çıxış əldə etməklə beynəlxalq əhəmiyyət qazanır:
"Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması yolunda Vaşqintonda ikinci razılaşma əldə olundu. Belə ki, 2026-cı il yanvarın 13-də ABŞ dövlət katibi Marko Rubio Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan görüşündən sonra açıqlanan TRIPP çərçivə sənədi 2025-ci il avqusutun 8-də dövlət başçıları səviyyəsində imzalanan Birgə Bəyannamədən sonra ikinci Vaşinqton razılaşması kimi də xarakterizə oluna bilər. Qeyd olunub ki, bu sənəd Tramp marşrutunun icrası ilə bağlı prosedur, mexanizm, pay bölgüsü, tərəflərin öhdəlikləri və s. məsələləri özündə ehtiva edir. Eyni zamanda vurğulanıb ki, sənəd tərəf dövlətlər arasında beynəlxalq müqavilə təşkil etmir, bu baxımdan, ABŞ və ya Ermənistan üzərinə heç bir hüquqi öhdəlik və ya məsuliyyət qoymur və qoymaq niyyətində də deyil".
R.Nəbiyev bildirib ki, TRIPP Ermənistan ərazisində maneəsiz, multimodal tranzit əlaqəsinin yaradılmasını nəzərdə tutur və suverenliyə, ərazi bütövlüyünə və dövlətlərin yurisdiksiyasına hörmət əsasında regional sülhə, sabitliyə və inteqrasiyaya töhfə verməyi hədəfləyir:
"Tramp marşrutunun yalnız idxal-ixracı əməliyyatları baxımından deyil, həm də regionada rifaha, sabitliyə və təhlükəsizliyə töhfə vermək baxımından əhəmiyyətinin bir daha vurğulanmasıdır. Ona görə də sənəddə TRIPP layihəsinin uğurunun Ermənistan və Azərbaycan arasında sülh prosesinin daha da institusionallaşdırılması faktorundan asılı olduğu da qeyd edilir. Həmçinin, ABŞ-nin uzunmüddətli və davamlı iştirakı, Ermənistan ilə Türkiyə arasında hərtərəfli sazişin icrası da bu layihənin uğurunu təmin edən şərtlər kimi vurğulanır".
Milli Məclisin üzvü qeyd edib ki, Azərbaycanın yaratdığı yeni siyasi reallıqlar geniş ticarət və nəqliyyat potensialının inkişafı üçün də zəmin yaradıb:
"Prezident İlham Əliyevin də vurğuladığı kimi, Zəngəzur dəhlizi Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək. Bütün hallarda Azərbaycan üçün prioritet məsələ ölkənin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin edilməsidir. Orta Dəhlizin vacib seqmenti kimi Zəngəzur dəhlizinin 2028-ci ilin sonunadək reallaşacağı təqdirdə regionu qlobal nəqliyyat-loqistika xəritəsində mühüm mərkəzə çevirəcək. TRIPP layihəsi məhz şərqdə Azərbaycanın əsas hissəsi, qərbdə isə Naxçıvan vasitəsilə Türkiyə üzərindən qlobal bazarlara çıxış əldə etməklə beynəlxalq əhəmiyyət qazanır".
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) icrası üzrə çərçivə sənədinin qəbul edilməsi avqustun 8-də Vaşinqton sammiti çərçivəsində əldə olunmuş razılıqlara ABŞ tərəfinin sadiqliyini bir daha nümayiş etdirməklə yanaşı, bu sahədə əməli işlərə başlamaq üçün mühüm addımdır. XİN-in şərhinə əsasən, bu, eyni zamanda, Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi baxımından əhəmiyyət kəsb edir.
Oxşar xəbərlər
ABŞ-İran: Müharibə üfüqdədir
"İranın daxilində və ətrafında vəziyyət gərginləşməkdə davam edir. Bu gün İran zəif tərəfdir. Ölkə 2025-ci ilin iyunundakı 12 günlük müharibə zamanı İsrail HHQ-...