Zəncanda azərbaycanlı fəal həbs edilib - FOTO
                            
                                03
                                okt
                            
                                2022
                                15:41
                            
                            Güney Azərbaycanın Zəncan şəhərində yaşayan qadın hüquqları müdafiəçisi və mədəni fəal Səfiyə Qarabaği İranın hökumət qüvvələri tərəfindən həbs edilib.
BAKU.WS xəbər verir ki, bu barədə azad iran teleqram kanalı xəbər yayıb.
Güneyli fəalın özünün iş yerində saxlandığı, telefonu, kompüteri və başqa şəxsi əşyalarının müsadirə edildiyi bildirilir.
Qadın fəalın hara aparıldığı və nədə ittiham olunduğu barədə məlumat verilməyib.
Qeyd edək ki, azərbaycanlı fəal Səfiyə Qarabaği bundan öncə də həbs və basqılarla üzləşib.
Oxşar xəbərlər
Güney Azərbaycanda baş tutan etirazlarda üç azərbaycanlı həbs edildi - FOTO
Güney Azərbaycanda genişmiqyaslı həbslərin davamı olaraq Əbhər şəhərində keçirilən etiraz aksiyaları zamanı üç azərbaycanlı həbs olunub. BAKU.WS xəbər verir ki,...