Zelenski Saakaşvilinin Ukrayna vətəndaşlığını qaytardı
28
may
2019
20:52
Ukraynanın prezidenti Vladimir Zelenski yeni əmri ilə Odessa regional administrasiyasının keçmiş sədri Mixail Saakaşvilini Ukrayna vətəndaşlığına qaytarıb.BAKU.WS BBS-yə istinadən xəbər verir ki, qeyd edilən sənəd bu gün Ukrayna dövlət başçısının saytında yer alıb. “Ukraynanın prezidentinin 2017-ci il 26 iyul tarixli 196 nömrəli qərarına dəyişikliklər edilsin və Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığına dair müddəalar aradan qaldırılsın” – deyə əmrdə bildirilir.Qeyd edək ki, Gürcüstan və Ukrayna siyasətçisi 2017-ci ilin iyul ayında Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun əmri ilə vətəndaşlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Saakaşvili Ukraynaya qayıdır - TARİXİ AÇIQLADI
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili mayın 29-da Ukraynaya qayıda bilər.BAKU.WS-in məlumatına görə, bu barədə Ukraynanın “UNN” agentliyi məlumat yayıb...