Ukrayna MSK-sı: Zelenski 73,09 faiz səs toplayıb
22
apr
2019
08:40
Ukrayna Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turu ilə bağlı protokolların 80,78 faizini hesablayıb.BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir ki, nəticələrə görə, Vladimir Zelenski böyük fərqlə Petro Poroşenkonu üstələyir. Belə ki, seçicilərin 73,09 faizi Zelenskiyə, 24,57 faizi isə Poroşenkoya səs verib.Prezident seçkilərində 11 milyon seçici səsvərməyə gəlməyib. Bu da seçkilərin birinci turundan bir milyon seçici çoxdur. İkinci turda ümumilikdə seçicilərin 62,07 faizə yaxını səsvermədə iştirak edib.MSK mayın 1-nə kimi Ukraynanın altıncı prezidentini rəsmən elan edəcək.
Oxşar xəbərlər
"Exit poll": Zelenski prezident seçkilərinin ikinci turunun qalibi olub- O kimdir?
Exit-poll-un nəticələrinə görə, Ukraynada prezident seçkilərinin ikinci turunu Vladimir Zelenski 73,2 faizlə qələbə ilə başa vurub. BAKU.WS-in məlumatına görə,...