Yeni prezident seçilən Zelenski cərimələndi
13
may
2019
18:03
Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski seçkiqabağı təşviqat kampaniyasının aparılması ilə bağlı məhdudiyyətlərin pozulması işi üzrə Kiyev Məhkəməsinə çağırılıb.BAKU.WS Ukrayna mətbuatına istinadən xəbər verir ki, V.Zelenski məhkəmə iclasına qatılmayıb, onu məhkəmədə vəkili təmsil edib.Kiyevin Obolon rayon məhkəməsi Zelenskini inzibati qayda pozuntusu barədə işdə təqsirkar sayıb.Məhkəmənin qərarı ilə Ukrayna prezidenti vergiyə cəlb edilməyən minimum gəlirin 50 misli həcmində, daha dəqiq desək, 850 qriven (32,4 ABŞ dolları) cərimələnib.Xatırladaq ki, seçki günü V.Zelenski jurnalistlərə öz bülletenini nümayiş etdirib və orada onun özünə səs verdiyi görünüb.Zülfiyyə Qurbanova
Oxşar xəbərlər
Azərbaycan Prezidenti Vladimir Zelenskini təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynanın yeni seçilmiş Prezidenti Vladimir Zelenskiyə təbrik məktubu ünvanlayıb.“Hörmətli cənab Zelenski,Uk...