Saakaşvili Ukraynaya qayıdır - TARİXİ AÇIQLADI
25
may
2019
00:30
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili mayın 29-da Ukraynaya qayıda bilər.BAKU.WS-in məlumatına görə, bu barədə Ukraynanın “UNN” agentliyi məlumat yayıb.Məlumata əsasən, Mixail Saakaşvili yaxın günlərdə Ukraynaya qayıtmağa qərar verib. Onun mayın 29-da Ukraynaya gəlişi gözlənilir.Qeyd edək ki, 2015-ci ilin may ayında Ukrayna vətəndaşlığı alan M.Saakaşvili 2017-ci ilin dekabrında Petro Poroşenkonun göstərişi ilə bu vətəndaşlıqdan məhrum edilib. 12 fevral 2018-ci il tarixdə o, Kiyevdə saxlanılaraq Polşaya göndərilib.Ukraynanın Sərhəd Xidməti Saakaşvilinin ölkəyə qayıtmasına 2021-ci ilə kimi qadağa tətbiq edib. May ayının 22-də Ukraynanın yeni prezidenti Vladimir Zelenskiyə məktub yazan M.Saakaşvili yenidən Ukrayna vətəndaşlığı ilə təmin olunması üçün xahiş edib.
Oxşar xəbərlər
Saakaşviliyə 2021-ci ilədək Ukraynaya daxil olmaq qadağan edilib
Odessa vilayətinin keçmiş qubernatoru, Gürcüstanın sabiq dövlət başçısı Mixail Saakaşviliyə Ukraynaya daxil olmaq qadağan edilib. BAKU.WS xəbər verir ki, bu bar...