Saakaşviliyə 2021-ci ilədək Ukraynaya daxil olmaq qadağan edilib

Saakaşviliyə 2021-ci ilədək Ukraynaya daxil olmaq qadağan edilib
Siyasət 979
Odessa vilayətinin keçmiş qubernatoru, Gürcüstanın sabiq dövlət başçısı Mixail Saakaşviliyə Ukraynaya daxil olmaq qadağan edilib. BAKU.WS xəbər verir ki, bu barədə Ukrayna Sərhəd Xidməti məlumat yayıb. Xidmətdən bildirilib ki, fevralın 12-də məhkəmə qərarları ilə Ukraynada qanunsuz yaşayan M.Saakaşvili readmissiya olunub və 2021-ci il fevralın 13-dək onun ölkəyə daxil olmasına icazə verilməyəcək. Saakaşvilinin vəkili bu qərarı qanunsuz hesab edərək şikayət veriləcəyini bildirib.BAKU.WS

Oxşar xəbərlər

Saakaşvili yenidən həbs edildi

Saakaşvili yenidən həbs edildi

Ukrayna xüsusi təyinatlıları Gürcüstanın sabiq prezidenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvilinin olduğu otelə basqın ediblər.BAKU.WS minval.info-ya...

2572 Siyasət 14:14 10 fevral 2018

Son xəbərlər