Zelenski Putin sualına qalmaqallı CAVAB VERDİ

İstanbulda keçiriləcək danışıqlardan əvvəl Prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Ankaraya gələn Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistin "Putin haqqında demək istədiyiniz bir şey varmı?" sualına qısa və diqqətçəkən cavab verib: "Mən buradayam, bu kifayət qədər açıqdır."
BAKU.WS xəbər verir ki, bu barədə sondakika məlumat yayıb.
Zelenskinin bu cavabı Rusiya lideri Vladimir Putinin İstanbulda baş tutacaq müzakirələrə qatılmaqdan imtina etməsinə açıq etiraz kimi qiymətləndirilib.
Kifayət qədər əsəbi olduğu müşahidə edilən Zelenski cavabın ardından onu müşayiət edən nümayəndə heyəti ilə birlikdə rəsmi avtomobilinə doğru hərəkət edib.
Oxşar xəbərlər
Mincivan qəsəbəsinin işğaldan azad olunmasından beş il ötür
Azərbaycanın qədim yaşayış məntəqələrindən olan Zəngilan rayonunun Mincivan qəsəbəsinin erməni işğalçılarından təmizlənməsindən beş il ötür. 2020-ci il oktyabrı...
