Zakir Həsənov: Genişmiqyaslı islahatlar ordunun qələbə əzmini daha da möhkəmləndirib
Orduda aparılan genişmiqyaslı islahatlar, keçirilən təlimlər, düşmənin təxribatlarına qarşı aparılan uğurlu irimiqyaslı əks-hücum əməliyyatları şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirib.
BAKU.WS xəbər verir ki, bu barədə müdafiə naziri Zakir Həsənov 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbriki zamanı deyib.
O bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı parlaq Qələbə və həyata keçirdiyi uğurlu döyüş əməliyyatları, antiterror tədbirləri nəticəsində düşmən işğalında qalmış tarixi torpaqlarımız azad olunub:
"Ali Baş Komandanın yürütdüyü qətiyyətli və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam təmin edildi. Azərbaycan Respublikasının Dövlət Bayrağının əzəmətlə və qürurla dalğalandığı işğaldan azad edilmiş ərazilərdə rəşadətli Azərbaycan Ordusu öz mövqelərini daha da möhkəmləndirərək bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə, Böyük Qayıdışa layiqli töhfələrini verir.
Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə daim sadiq qalaraq döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, xidmətinizdə yeni uğurlar əldə etmək üçün səy və bacarıqlarınızı daha da artıracaqsınız".
Oxşar xəbərlər
Mirzoyan: Ermənistan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişləndirmək niyyətindədir
Ermənistan Mərkəzi Asiya ölkələri, xüsusən də Qazaxıstanla əməkdaşlığın ardıcıl inkişafına böyük əhəmiyyət verir. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu...