“YouTube”dan şok QƏRAR: Rusiya mediasının bütün kanallarını bloklayır
ABŞ-ın “Google” şirkətinə məxsus “YouTube” xidməti Rusiya dövləti tərəfindən maliyyələşdirilən media hesablarını bloklamağa başlayıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə videohostinqin tviter səhifəsində yerləşdirilən bəyanatında deyilir.
“Biz həmçinin Rusiya dövləti tərəfindən maliyyələşdirilən media ilə əlaqəli YouTube kanallarına bütün dünyada girişi əngəlləyirik. Bu dəyişiklik dərhal qüvvəyə minir. Sistemlərimizin bunu tam şəkildə həyata keçirməsi üçün vaxt lazımdır”, - deyə məlumatda vurğulanıb
“YouTube” Rusiyadakı platformasında da bütün monetizasiya üsullarını dayandırıb.
Qeyd edək ki, Ukraynada davam edən müharibə ilə əlaqədar bütün Avropada “RT” və “Sputnik”in “YouTube” kanalları bağlanıb.
Oxşar xəbərlər
ABŞ-ın “Ukrayna planı”nın pərdəarxası məqamları
Ekspertlər iddia edirlər ki, son hadisələrdən sonra ABŞ-ın Mərkəzi Asiyaya marağı artıb. Vaşinqton Rusiyanı bölgədən sıxışdırıb çıxarmaqda israrlıdır. Orada Ame...