Son sutkada bir İtaliya, 17 Azərbaycan vətəndaşı İrandan təxliyə edilib

Son sutkada bir İtaliya, 17 Azərbaycan vətəndaşı İrandan təxliyə edilib
Foto
Siyasət 91

ABŞ və İsrailin İrana zərbə endirməsi fonunda Azərbaycan vətəndaşlarının "Astara" sərhəd-keçid məntəqəsindən ölkəyə keçidi təmin olunub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, son sutka ərzində ümumilikdə 17 vətəndaş Azərbaycana təxliyə edilib.

Bununla yanaşı, bir İtaliya vətəndaşı da "Astara" sərhəd-keçid məntəqəsindən Azərbaycana keçib.

Daha əvvəl Azərbaycanın Xarici işlər İşlər Nazirliyi İranda təhlükəsizlik vəziyyətinin gərginləşdiyini nəzərə alaraq vətəndaşları İrana səfər etməkdən çəkinməyə, hazırda İran ərazisində olan vətəndaşlara isə yerləşdikləri bölgədən asılı olaraq İranı Azərbaycan və ya Türkiyə ərazisindən tərk etməyə çağırıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti olaraq bağlayıb. ABŞ və İsailin İrana hücumları nəticəsində İranın Dövlət Xəbər Agentliyi Əli Xameneinin öldürüldüyünü təsdiqləyib.

***00:09

ABŞ və İsrailin İrana zərbə endirməsi fonunda Azərbaycan vətəndaşlarının qonşu ölkədən təxliyəsi davam edir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, fevralın 28-i saat 08:00-dan martın 1-i saat 00:00-dək ümumilikdə 12 vətəndaşın İrandan təxliyəsi həyata keçirilib.

İrandan təxliyə edilən vətəndaşlardan üçü azyaşlıdır.

Bununla yanaşı, bir İtaliya vətəndaşı da "Astara" sərhəd-keçid məntəqəsindən Azərbaycana keçib.

*** 28 fevral 22:19

ABŞ və İsrailin İrana zərbə endirməsi fonunda Azərbaycan vətəndaşlarının qonşu ölkədən təxliyəsi davam edir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, daha bir qrup vətəndaşın Azərbaycana təhlükəsiz keçidi təmin edilib.

Son sutkada bir İtaliya, 17 Azərbaycan vətəndaşı İrandan təxliyə edilib

Son sutkada bir İtaliya, 17 Azərbaycan vətəndaşı İrandan təxliyə edilib

Son sutkada bir İtaliya, 17 Azərbaycan vətəndaşı İrandan təxliyə edilib

***20:49

Yeddi Azərbaycan vətəndaşı İrandan təxliyə edilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, ABŞ və İsrailin İrana zərbə endirməsi fonunda Azərbaycan vətəndaşlarının qonşu ölkədən təxliyəsi həyata keçirilib.

Bu gün saat 08:00-dan 20:00-dək yeddi vətəndaşın Azərbaycana keçidi təmin olunub.

Son xəbərlər