"Yaprak Dökümü"nün aktrisasının yeni serialı bəlli oldu

Yaprak Dökümünün aktrisasının yeni serialı bəlli oldu
Siyasət 337

"Yaprak Dökümü" serialının məşhur aktrisası Bennu Yıldırımların yeni layihəsi bəlli olub.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, o “Aşk, Evlilik, Boşanma” adlı yeni serialda çəkiləcək.

Layihə "Karga Seven Pictures" imzalıdır.

Ekran işi Koreyada çəkilən “Love (ft. Marriage and Divorce) adlı serialdan bəhrələnib.

Layihənin rejissoru Deniz Yorulmazerdir.

Yeni ekran işində aktrisa Güner obrazını canlandıracaq.

Serialda Güner, Naz və Qaye adlı üç qadının həyat hekayəsindən bəhs edilir. Ekran işi Güner, Naz və Qayenin bir kişi cəsədini basdırması ilə başlayacaq.

Xatırladaq ki, Bennu Yıldırımlar sonuncu dəfə reytinqli "Bahar" serialında çəkilib.

Son xəbərlər