Təhlükəli "Bennu" asteroidində həyat üçün vacib elementləri tapılıb
Alimlər "Bennu" asteroidindən götürülmüş nümunələrin təhlilinin ilk nəticələrini bölüşüblər. Göy cismində tədqiqatçılar üçün gözlənilməz olan həyatın əsas elementləri və minerallar var.
BAKU.WS xəbər verir ki, bu barədə "Live Science" portalı məlumat yayıb.
Bildirilib ki, 2023-cü ildə elm adamları "OSIRIS-REx" kosmik kapsulunu kəşf ediblər və bu kapsul kosmosdan indiyə qədər qayıtmış ən böyük asteroid nümunəsi - "Bennu" asteroidindən torpaqla Yerə qayıdıb.
Torpaq analizi, "Bennu"nun maqnezium fosfat adlı bir mineralın "möcüzəli anbarı" olduğunu ortaya qoyub. Maqnezium fosfat yerüstü orqanizmlərin sümük və əzələlərinin əmələ gəlməsində ən vacib maddələrdən biridir, bir çox bitkilərin toxumlarında da olur.
Arizona Universitetinin planetşünaslıq üzrə dosenti Cessika Barnes qeyd edib ki, Yerdə tədqiq edilən digər asteroidlərdə maqnezium fosfat tapılmayıb. Barnesin fikrincə, material Yerə düşəndə sağ qalmaq üçün çox kövrəkdir. Onun sözlərinə görə, "Bennu" nümunəsində maqnezium fosfatın olması asteroidin qədim kökündə müxtəlif geoloji həyat epizodlarına işarə edir.
"Bennu"nun torpağında həmçinin çoxlu qlisin, sadə amin turşusu və zülalların əsas tərkib hissəsi, karbonatlar, sulfitlər, olivin və maqnetit var. Bütün bunlar "Bennu"nun qədim kökünün “su ilə bağlı bir neçə epizodun şahidi olmasının” fiziki sübutudur.
Alimlər həmçinin torpaqda su tərkibli minerallar, fillosilikatlar və digər mineralların “zəngin kolleksiyası” aşkar ediblər.
Oxşar xəbərlər
Aprelin 13-ü ən təhlükəli asteroid Yerlə toqquşacaq?
13 aprel 2029-cu ildə ən təhlükəli kateqoriyaya aid edilən asteroid Yerin yaxınlığından keçəcək. BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, "Apofis" a...