Aprelin 13-ü ən təhlükəli asteroid Yerlə toqquşacaq?

Aprelin 13-ü ən təhlükəli asteroid Yerlə toqquşacaq?
Siyasət 1

13 aprel 2029-cu ildə ən təhlükəli kateqoriyaya aid edilən asteroid Yerin yaxınlığından keçəcək.

BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, "Apofis" asteroidi 2004-cü ildə kəşf edilib və dərhal ən təhlükəli kimi təsnif edilib.

Onun diametri 335 metrdir - fəlakətli dağıntıya səbəb olmaq üçün kifayətdir.

"Apofis"in Yerə ən yaxın olacağı vaxt 13 aprel 2029-cu ildə gözlənilir. Onun planetimizdən 37 399 km məsafədən - Aydan 10 dəfə yaxından keçəcəyi gözlənilir.

İlkin tədqiqatlar asteroidin Yerlə toqquşma ehtimalının 2,7% olduğunu göstərib. "Apofis"ə Turin Təhlükə Şkalasında 4 bal verilmişdir ki, bu da indiyə qədər qeydə alınan ən yüksək göstəricidir.

Bundan sonra alimlər belə qənaətə gəliblər ki, asteroid Yerin yanından keçəcək - ancaq onun trayektoriyasını başqa kosmik qaya dəyişməsə. Riskin qiymətləndirilməsi üçün Qərb Universiteti və Vaterloo Universitetindən olan bir qrup Günəş sistemində məlum olan 1,3 milyon asteroidin hamısının orbitlərini hesablayıb.

Tədqiqat göstərib ki, 2029-cu ildə "Apofis"in Yerlə toqquşması riski sıfır olaraq qiymətləndirilir. "Planetary Science Journal" xəbər verir ki, asteroid 2036-cı ildə də planetimizə yaxınlaşacaq, lakin onun zərbə ehtimalı 1:1 000 000-dan azdır.

Son xəbərlər