Dünyanın sonuna sayılı illər qalıb? - Alimlər tarixi AÇIQLADI
22
fev
2019
16:53
Yerin nəhəng kosmik obyektlə toqquşması və ya digər təbii, texnogen fəlakət nəticəsində bəşəriyyət məhvə düçar ola bilər.Bu, KİV-in “şok xəbərlər” qəbilindən növbəti informasiyası və ya Hollivud ssenari müəlliflərinin təxəyyülünün məhsulu deyil, real elmi proqnozlardır.Bu barədə “RİA Novosti” yazır.20362007-ci ilin oktyabr ayında Rusiyanın Penzey vilayətinin sakinləri dünyanın sonunu yerli mağaraların birində gözləyib. Onlar 2008-ci ildə nəhəng kometanın Yerlə toqquşacağını güman edirdi. Kosmik fəlakətin baş vermədiyinə əmin olduqdan sonra onlar yenidən sığınacaqlarını tərk ediblər.
Dünyanın sonu və ya qiyamət günü haqqında müxtəlif dinlərdə çoxsaylı inanclar var. Xristianlıqda qiyamət gününün 1000-2000-ci illər arasında baş verəcəyi deyilirdi. Maya təqvimində isə “apokalipsis”in 2012-ci ilə təsadüf etdiyi bildirilirdi. Amma həm bu inanclarda, həm də elmi proqnozlarda təhlükə hər zaman başlıca olaraq səmadan qaynaqlanıb.Son zamanlar astronomlar Yerə təhlükəli məsafəyə qədər yaxınlaşmağa qadir olan kifayət qədər iri ölçülü yeni kosmik obyektlər aşklarlayır. Uçuş trayektoriyasını hesablama imkanları hər zaman məhdud olub, ona görə də təhlükəsizliklə bağlı bütün “and-aman”lara rəğmən, toqquşma riski, həqiqətən, mövcuddur.Alimləri ən çox “Apofis” asteroidi narahat edir. O, 2029-cu ilin aprel ayında Yerə 38 min kilometrə qədər yaxınlaşacaq. Onun altı yüz metrlik təhlükəli zonaya daxil olaraq, planetin qravitasiya zonasının təsiri altında trayektoriyasını dəyişəcəyi istisna edilmir. Belə olsa, asteroid növbəti dəfə - 2036-cı ildə qayıdanda Yerə çırpılacaq.Rusiyanın Tətbiqi Riyaziyyat İnstitutu və N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetinin alimlərinin hesablamalarına əsasən, 2036-cı ildə “Apofis”lə toqquşma baş verərsə, əsas risk zonasına Uzaq Şərq, həmçinin, Mərkəzi Amerika və Qərbi Afrika ölkələri düşəcək.
2026Yarım əsr əvvəl amerikalı riyaziyyatçı Hayns fon Ferster həmkarları ilə birlikdə “Science” nəşrində “məhşər günü”nün dəqiq tarixinin (13 noyabr 2026) göstərildiyi məqaləni dərc edib. Alimlərin fikrincə, həmin gündən etibarən Yer planetinin əhalisinin artımı dayanacaq.Ferster öz hesablamalarında istənilən canlı məxluqun populyasiyasında vacib rol oynayan iki amili – fertillik və həyat davamlılığını nəzərə alıb. 1975-ci ildə isə almaniyalı astrofizik Sebastyan Fon Horner insan fəaliyyəti ilə bağlı başqa parametrləri də təhlil edərək, dünyanın sonunun 2020 və 2050-ci illər arasında baş verəcəyini iddia edib.Alimin görüşünə görə, həmin müddət ərzində dünya əhalisi o qədər çoxalacaq ki, ciddi ərzaq qıtlığı yaranacaq, digər yandan, məişət tullantıları qlobal istiləşməni daha da kəskinləşdirəcək, Yer planetində canlıların yaşaması üçün əlverişsiz temperatur bərqərar olacaq.Amerikalı alimlər Fon Hornerin formulalarına müasir elmi göstəriciləri əlavə edib. Məlum olub ki, həmin formulanı əsas götürsək, qlobal istiləşmədən qaynaqlanan “qiyamət günü” 2300-2400-cü ilərdə baş verəcək.
XXI əsr1980-ci illərin əvvəllərində bir sıra nüfuzlu riyaziyyatçılar bəşəriyyətin yer üzündən silinəcəyi tarixi bildiklərini car çəkib. Bunu “məhşər günü” teoremi (Doomsday argument) adlandırırlar. Rusiyalı futuroloq “Qlobal fəlakətlərin strukturu” adlı kitabında “qiyamət günü”nün vaxtının hesablanması ilə bağlı müxtəlif yanaşmalar qələmə alıb. Onların çoxunda dünyanın sonunun XXI əsrdə baş verəcəyi ehtimal olunur.Oxu.az
Oxşar xəbərlər
"Gizli axşam yeməyi"nin sirri açıldı
İtaliyalı tədqiqatçı Sabrina Sfortsa Qalitsiya rəssam Leonardo Da Vinçinin "Gizli axşam yeməyi" adlı əsərinin gizli mənasını açmağa müvəffəq olduğunu bildirib.B...