"Gizli axşam yeməyi"nin sirri açıldı
İtaliyalı tədqiqatçı Sabrina Sfortsa Qalitsiya rəssam Leonardo Da Vinçinin "Gizli axşam yeməyi" adlı əsərinin gizli mənasını açmağa müvəffəq olduğunu bildirib.BAKU.WS report-a istinadən xəbər verir ki, göstərilən "Da Vinçi kodu"nun Den Braunun məşhur romanı ilə qətiyyən əlaqəsi yoxdur.
Vatikan tarixi üzrə ixtisaslaşan Sabrina Sfortsa Qalitsiyanın fikrincə, dahi Leonardo öz "Gizli axşam yeməyi" rəsmində dünyanın sonu barədə mesaj verib.
Mütəxəssis riyazi-astroloji şifrələrə, kətan üzərində çəkilmiş əsərin rəmzliyinə – günün 24 saatını təqdim etmək üçün istifadə olunan Latın əlifbasının 24 hərfinə, həmçinin müəllifin 3 rəqəminə – 3 pəncərə, 3 apostol qrupu və s.-ə eyham etməsinə diqqət yetirdikdən sonra bu qərara gəlib.
Alim araşdırma nəticəsində dünyanın sonunu bildirən tarixi müəyyən edib – 21 mart 4006-cı il. Həmin gün qiyamət qopacaq və noyabrın 1-nə qədər davam edəcək. Öncəgörməyə əsasən, bəşəriyyət həmin dövr ərzində məhv olacaq.
BAKU.WSOxşar xəbərlər
Novruz Məmmədov məxfi sənədin açılması ilə bağlı qərar verdi
Nazirlər Kabinetinin gizli qərarlarından birinin açılması barədə qərar verilib.BAKU.WS report-a istinadən xəbər verir ki, Baş nazir Novruz Məmmədov “Əməliyyat-a...