Yerə təhlükəli asteroid yaxınlaşır
21
mar
2021
18:31
Bu gün Yer kürəsinin yaxınlığından “2001 FO32” asteroidi keçəcək.BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə NASA məlumat yayıb.Asteroid Yerə 2 milyon kilometrə qədər yaxınlaşacaq. NASA asteroidin Yerlə toqquşmaq təhlükəsi olmadığını açıqlayıb.Bununla belə, 2 milyon km məsafə Yerə yaxın məsafə sayılır və ona görə də “2001 FO32” potensial təhlükəli asteroid sayılır.Asteroidin diametrinin 440-680 m olduğu qeyd edilib. Bu asteroid 2001-ci ildə aşkarlanıb. Astronomlar hesab edirlər ki, asteroid növbəti dəfə 2052-ci ildə Yerin yaxınlığından keçəcək.
Oxşar xəbərlər
Martın 21-də ən böyük asteroid Yerə ən yaxın məsafədən keçəcək
Martın 21-də 2001 FO32 asterodi Yer kürəsinə ən yaxın məsafədən keçəcək. BAKU.WS APA-ya istinadən xəbər verir ki, 1.25 mln. mil (2 mln. km) məsafədən keçməsi pr...