Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
Sentyabrın 18-də Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
BAKU.WS xəbər verir ki, Müşahidə Şurasının sədri Dağbəyi İsmayılovun rəhbərliyi ilə keçirilən görüşdə Müşahidə Şurasının üzvləri və Agentliyin İcraçı direktoru iştirak ediblər.
Görüşdə Agentliyin son dövrdə həyata keçirdiyi fəaliyyətlər, qlobal əməkdaşlıq istiqamətində atılan addımlar və təşkil edilən beynəlxalq tədbirlərin əhəmiyyəti müzakirə olunub. Eyni zamanda, yaxın müddətdə reallaşdırılması nəzərdə tutulan mühüm beynəlxalq layihələrin təşkilinə dair fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı rəqəmsal transformasiya dövründə medianın yeni reallıqları, informasiya mühitində yaranan çağırışlar və bu şəraitdə davamlı inkişafın təmin olunması yolları diqqət mərkəzində olub. Şura üzvləri media sektorunda müasir yanaşmaların tətbiqi, innovativ imkanların dəyərləndirilməsi və beynəlxalq təcrübədən faydalanmağın vacibliyini vurğulayıblar.
İclasda, həmçinin Agentliyin gələcək fəaliyyət istiqamətləri, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və qlobal informasiya mühitində Azərbaycanın mövqeyinin möhkəmləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Qalereya
Oxşar xəbərlər
Ceyhun Bayramovla Abbas Əraqçı mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və iranlı həmkarı Seyid Abbas Əraqçı mətbuata bəyanatlarla çıxış ediblər. BAKU.WS xəbər verir ki...