Canlı yayımda azyaşlı övladına qarşı zorakılıq edən qadın məsuliyyətə cəlb olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkədə valideynin canlı yayım açaraq azyaşlı övladına qarşı zorakılıq, qeyri-etik ifadələr olan görüntüləri polis əməkdaşları tərəfindən araşdırılıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Cəsarət Qənbərli məlumat verib.
O bildirib ki, etdiyi hərəkətlərlə 7 yaşlı övladının həyat və sağlamlığı üçün real təhlükə yaradan 1999-cu il təvəllüdlü Zəminə Qurbanova Bərdə rayonunda müəyyən edilərək barəsində qanunamüvafiq tədbirlər görülüb:
"Azyaşlı tibbi müayinədən keçirilməsi məqsədi ilə xəstəxanaya yerləşdirilib. Həmin şəxs barəsində isə protokol tərtib edilərək qərar verilməsi məqsədilə məhkəməyə göndərilib. Azyaşlının valideynindən alınaraq sığınacağa yerləşdirilməsi və Z.Qurbanovanın valideynlik hüququndan məhrum olunması üçün müvafiq dövlət qurumları qarşısında vəsatət qaldırılıb".
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...