Bakıda balıq yarmarkası fəaliyyətə başladı
Yeniliklərdən dərhal xəbərdar olun
Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi publik hüquqi şəxsin iştirakı ilə paytaxtda balıq yarmarkası fəaliyyətə başlayıb.
BAKU.WS xəbər verir ki, yarmarka 12–14 sentyabr tarixlərində Nəsimi rayonu, Seyid Cəfər Pişəvəri küçəsi 2A ünvanında – "Keşlə Balıq Bazarı"nın (3-cü mikrorayon dairəsi yaxınlığı) ərazisində təşkil olunur.
Burada satışa çıxarılan balıq məhsulları digər bazarlara nisbətən daha münasib qiymətlərlə təklif olunur. Yarmarkada dünyanın müxtəlif bölgələrindən gətirilən, eləcə də Xəzər dənizindən tutulan balıq və digər dəniz məhsulları alıcılara təqdim edilir.
Ziyarətçilərə geniş çeşiddə diri, təzə, dondurulmuş, soyuq və isti hislənmiş, duzlu və ədviyyatlı, qurudulmuş balıqlar, kürülər, konservləşdirilmiş məhsullar, eləcə də dəniz məhsulları (krevetkalar və s.) təqdim olunur. Bundan əlavə, kənd təsərrüfatı məhsullarının satışı da təşkil edilir.
Qalereya
Orxan Hüseyn
Oxşar xəbərlər
Cəlilabad rayonunun bir hissəsi susuz qalıb
Cəlilabad rayonunda içməli su təchizatında fasilə yaranıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, rayonun Uzuntəpə kəndi ərazisindən keçən 110 mm-lik magis...