Yanukoviç haqqında saxlanılma qərarı çıxarıldı

Yanukoviç haqqında saxlanılma qərarı çıxarıldı
Siyasət 138

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç haqqında saxlanılma qərarı çıxarılıb.

BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, qərarı Kiyevdəki Peçerskaya Məhkəməsi verib.

O, dövlət qanunlarını öz lehinə dəyişərək iqtidarı qanunsuz olaraq əlində saxlamaqda ittiham edilir.

Qərara əsasən, Yanukoviç istintaq müddətində 2 ay həbsxanada saxlanılmalıdır.

Yanukoviçin vəkili Vitaliy Serdük isə qərara etiraz edib və məhkəmə prosesində çoxlu sayda saxta sənədin hazırlandığına dair əllərində sübut olduğunu söyləyib.

Qeyd edək ki, 2010-2014-cü illərdə Ukrayna prezidenti olmuş Viktor Yanukoviç 2014-cü ildə Maydan hadisələri zamanı şəxsi helikopterlə Rusiyaya qaçmışdı. Onun haqqında 24 yanvar 2019-cu ildə “vətənə xəyanət” maddəsi ilə 13 il həbs qərarı çıxarılıb.

Son xəbərlər