Yanğınsöndürən qadın bu görüntülərinə görə işdən qovuldu - FOTO
02
fev
2020
19:57
ABŞ-da qəribə hadisə baş verib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Montana ştatında yanğınsöndürən işləyən qadın Presley Pritchard işdən çıxarılıb. Buna onun sosial şəbəkələrdə açıq-saçıq fotolarını paylaşması səbəb olub.
Bu fotolar onun işlədiyi qurumun rəhbərinin xoşuna gəlməyib.
Qıza bir neçə dəfə xəbərdarlıq edilib. Xəbərdarlıqlara məhəl qoymayan 27 yaşlı Presley işdən qovulub.
Ona bildirilib ki, fotolar xidmət etdiyi quruma yaraşmır.
Presley Pritchard paylaşımları ilə insanları idman etməyə çağırdığını bildirib.
Qalereya
Oxşar xəbərlər
Sankt-Peterburqda azərbaycanlıya 1 manata görə hücum etdilər
Rusiyanın Sankt-Peterburq şəhərində taksi fəaliyyəti ilə məşğul olan 63 yaşlı azərbaycanlı əsəbi sərnişinlə dava edib. BAKU.WS "megapolisonline.ru"ya istinadən...