XİN: Ermənistanın Azərbaycana qarşı mina terroru nəticəsində 397 nəfər həlak olub və yaralanıb
31
may
2025
17:17
Ermənistanın Azərbaycan ərazilərini mina ilə çirkləndirməsi səbəbindən 2020-ci il Vətən müharibəsindən indiyədək 397 nəfər həlak olub və ya yaralanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, Azərbaycanda iki gün ard-arda baş verən mina partlayışları dinc sakinlərə zərər vurub.
Vurğulanıb ki, yaşayış məntəqələri və qəbiristanlıqları hədəfə alan bu mənfur əməllər beynəlxalq humanitar hüququ pozur və sakinlərin öz evlərinə qayıtmasına mane olur.
Oxşar xəbərlər
İranın səfiri "Baku TV"nin bəzi suallarından yayınıb
İran hücuma məruz qalandan sonra ABŞ və İsrailin bölgədəki hərbi bazalarını hədəf alıb və bu hücumları elan edərək həyata keçirib. BAKU.WS "Report"a istinadən x...