XİN: Azərbaycan Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti ilə bağlı qaydalarda dəyişiklik edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Yaxın günlərdə Azərbaycan ərazisində Rusiya vətəndaşlarının müvəqqəti olma müddəti barədə qaydalara dəyişiklik edilməsi nəzərdə tutulub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat katibi Ayxan Hacızadə Rusiyada xarici vətəndaşların müvəqqəti olma müddəti ilə əlaqədar qəbul edilmiş yeni qaydalarla bağlı yerli medianın sualına cavabında deyib.
O vurğulayıb ki, Rusiya tərəfinin tətbiq etdiyi yeni qaydalar və ölkədə qalma müddəti ilə bağlı tələblərin sərtləşdirilməsi ilk növbədə Azərbaycan vətəndaşlarının hüquqları kontekstində nəzərdən keçirilir:
"Azərbaycan tərəfi hər bir xarici siyasət məsələlərində olduğu kimi, müvəqqəti olma və miqrasiya məsələlərində də paritet və qarşılılıq prinsiplərindən çıxış edəcək".
Oxşar xəbərlər
Mehriban Əliyeva sosial şəbəkə hesabında Konstitusiya Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında 12 noyabr – Konstitusiya Günü ilə bağlı paylaşım edib. BAKU.WS paylaşımı təqdim...