Xələf Xələfov Lavrovla iki ölkə arasında münasibətlərin inkişafını müzakirə edib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Moskvada keçirilən görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini və Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə Müşavirənin gündəliyini müzakirə ediblər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumatında deyilib.
"Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik müstəvisində inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Bir sıra aktual beynəlxalq və regional məsələlərə toxunulub", - qurumdan bildirilib.
Məlumata görə, Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə Müşavirənin gündəliyinə daxil olan əsas məsələlər və 2025-2026-cı illərdə Azərbaycanın sədrliyi dövründə bu platformada birgə fəaliyyətin vəzifələri müzakirə olunub.
Oxşar xəbərlər
Türkiyə ilə Azərbaycan arasında yeni təbii qaz sazişi razılaşdırıldı
Azərbaycanla Türkiyə arasında ümumi həcmi 33 milyard kubmetr olan yeni təbii qaz təchizatı müqaviləsi razılaşdırılıb. Oxu.az "Haber Global"a istinadən xəbər ver...