Xarici media Azərbaycanın istifadə etdiyi pilotsuz kamikadzelərdən yazır - VİDEO
Ehtimal ki, pilotsuz kamikadze dronun ilk açıq istifadəsi aprelin 2-də şiddətlənən Qarabağ savaşında Azərbaycan tərəfindən Ermənistan ordusuna qarşı istifadə olunub. Bu barədə Britaniyanın Telegraph qəzeti yazıb.
Qəzet yazır ki, Azərbaycan hərbçilərinin istifadə etdiyi pilotsuz uçağı İsrail istehsalı olduğu güman edilir. Bu "sərsəri raket" 6 saat ərzində öz hədəfini axtararaq uça bilir. Ermənistanın Müdafiə Nazirliyinin açıqlamasına görə, aprelin 4-də məhz bu pilotsuz-kamikadze Ermənistanın Sünik şəhərində Ağdərə rayonuna gəlmiş könüllülərin mindiyi avtobusu vurub və 7 könüllünü öldürüb.
Bu zərbə haqqında Washington Post qəzeti də məlumat yayıb.
Beynəlxalq strateji tədqiqatlar institutunun analitiki Cozef Dempsi qeyd edib ki, uçan aparat ehtimal ki, Harop olub.
Azərbaycanlıların Youtube portalında yerlşdirdiyi videoda pilotsuz uçaq havada görünür, sonra dağların arxasında gözdən itirş
"Azərbaycan İsrail və Hindistanla birlikdə Harop-dan istifadə edən üç ölkədən biridir", - qəzet qeyd edir.
musavat
Oxşar xəbərlər
Ağdərəyə gələn erməni könüllülərin avtobusunu partlatdıq
Azərbaycan Ordusunun bu gün Ağdərə istiqamətində erməni hərbçilərini daşıyan avtobusu vurması nəticəsində düşmən ciddi itki verib. BAKU.WS-in "Sputnik” agentli...