Xankəndidə ECO sammitinin keçirilməsi dünyaya verilən mesajdır

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatınln (ECO) sammitinin keçirilməsi bütün dünyaya verilən mesajdır.
BAKU.WS xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, Azərbaycanın ECO çərçivəsində qurduğu münasibətlər ölkənin həm regional, həm də beynəlxalq iqtisadi sistemdə tutduğu fəal mövqeyini aydın şəkildə nümayiş etdirir: "Azərbaycanın ECO ilə əməkdaşlığı yalnız iqtisadi əlaqələrin genişləndirilməsi deyil, həm də mədəni, elmi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır. Bu əməkdaşlıq ölkənin regional inteqrasiya proseslərinə daha sıx qoşulmasına və ECO məkanında sülh, sabitlik və inkişaf naminə birgə təşəbbüslərdə mühüm tərəfdaş kimi çıxış etməsinə imkan yaradır".
"Ölkəmiz ECO-nun üzvü olaraq təşkilatın məqsəd və prinsiplərinə sadiqliyini dəfələrlə nümayiş etdirib. Enerji, nəqliyyat, ticarət, kənd təsərrüfatı və yaşıl iqtisadiyyat sahələrində həyata keçirilən çoxşaxəli əməkdaşlıq təşəbbüsləri Azərbaycanın regionda və beynəlxalq müstəvidə mövqeyini daha da möhkəmləndirir. Bu baxımdan Azərbaycan ECO-nun strateji hədəflərinə uyğun addımlar ataraq regionda sabitliyin və inkişafın təmin olunmasına töhfə verir", - millət vəkili vurğulayıb.
Onun sözlərinə görə, Zirvə görüşünün Xankəndi şəhərində keçirilməsi xüsusi məna daşıyır: "Xankəndidə ECO-nun sammitinin keçirilməsi bütün dünyaya verilən mesajdır. Artıq bu torpağın gerçək sahibləri qayıdıblar. Bu möhtəşəm hadisə dostlarımızı sevindirir, düşmənlərimizə isə göz dağıdır. Bütün dünya bilsin ki, biz bu torpaqlara əbədi qayıtmışıq. Bu tədbir ölkəmizin qurum çərçivəsində artan rolunun və fəallığının təsdiqidir. Xankəndi azadlığına qovuşduqdan sonra bərpa və quruculuq proseslərinin mərkəzində yer alır.
Şəhərdə sosial-iqtisadi infrastrukturun müasir tələblərə uyğun yenidən qurulması əhalinin mərhələli şəkildə geri dönüşünü təmin edən əsas amillərdən biridir. Bu sistemli fəaliyyət Xankəndinin gələcək inkişafı üçün möhkəm təməl yaradır".
Oxşar xəbərlər
Prezidentlərin bəyanatlarındakı ştrixlər: Özbəkistanla münasibətlərin yeni yol xəritəsi
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri iki dost və qardaş ölkə arasında münasibətlərin genişləndirilməsi prizmasından xüsusi əhəmiy...
