Virtual Elvis Presli qastrola gedəcək
İsveçin "Pophouse Entertainment" şirkəti amerikalı müğənni Elvis Preslinin holoqramını qastrol səfərinə göndərəcək.
BAKU.WS xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Məqalədə deyilir:
“Rok-n-Roll kralı kimi tanınan Elvis Presli İsveç əyləncə şirkəti Pophouse tərəfindən canlı konsertlər üçün holoqram kimi canlandırıla bilən növbəti ifaçıdır”.
İnsayderlərin sözlərinə görə, şirkət Preslinin imicinin əqli mülkiyyətinin sahibləri olan "Authentic Brands Group" investisiya şirkəti ilə danışıqlar aparır.
Qeyd edək ki, Elvis Presli 1977-ci ildə 42 yaşında vəfat edib. Buna baxmayaraq, o, hələ də albomu dünyada ən çox satılan üç solistdən biridir.
Oxşar xəbərlər
Dünyada 2023-cü ildə vəfat etmiş məşhurlar.. - FOTO
2023-cü ildə dünya “Fridends” serialı ilə tanınan Metyu Perridən tutmuş, güclü səsi və səhnə performansları ilə tanınan Rok-n-Roll kraliçası ləqəbli amerikalı m...