Elvis Preslinin köhnə təyyarəsi satıldı - FOTO
Əfsanəvi musiqiçi Elvis Preslinin şəxsi təyyarəsi hərracda 260 min dollara satılıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Bildirilir ki, Nyu-Meksiko səhrasında 40 ilə yaxın hərəkətsiz qalan təyyarə musiqiçinin doğumunun 88-ci ildönümündə satılıb.
Hərracda müğənninin yeganə övladı, mərhum Liza Mari Preslinin anası 77 yaşlı Prisсilla Presli də iştirak edib.
"Lockheed 1329 Jetstar 1962" üçün başlanğıc təklif 100 min dollar olub. Lakin təyyarənin qiyməti 260 min dollara qədər yüksəlib.
Dörd onillik ərzində günəş altındakı "parklanma"dan sonra, təyyarənin xarici görünüşündə nəzərəçarpacaq problemlər yaranıb. Lakin təyyarənin içəridə orijinallığı qorunaraq saxlanılıb.
Qeyd edək ki, "Lockheed" ilk olaraq 1976-cı ilin dekabrında 840 min dollara Elvis tərəfindən alınıb. Lakin sənətçi 1977-ci ilin 16 avqustunda vəfat edib.
Qalereya
Oxşar xəbərlər
Elvis Preslinin ailəsində dava - Arvadı var-dövlətin nəvəsinə qalmasını istəmir - FOTO
Mərhum müğənni Elvis Preslinin qızı Liza Marinin vəfatından sonra ailədə var-dövlət üstündə dava düşüb. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Presli öl...