Saakaşvili Ukraynada özündən 20 yaş kiçik qadınla ailə həyatı qurub - VİDEO
Gürcüstanın 3-cü prezidenti Mixeil Saakaşvilinin Ukraynada ikinci dəfə ailə həyatı qurduğu ortaya çıxıb.
BAKU.WS xəbər verir ki, onun həyat yoldaşı - Ukraynanın ATƏT nümayəndə heyətinin keçmiş rəhbəri və hazırda Ukrayna Radasının deputatı Liza Yasko bununla bağlı "Facebook" hesabında video yerləşdirib. Belə ki, Saakaşvili Ukraynanı tərk etmədən öncə Liza ilə video çəkərək onunla ailə həyatı qurduğunu elan edib.
"Liza ilə mən hər kəsə yeni həyata başladığımızı, yeni ailəm olduğunu bildirmək qərarına gəldik. Bu gün Liza Yasko ilə birlikdəyik və istəyirik ki, hər kəs bizim münasibəti başa düşsün, xoşbəxtlik arzulasın", - deyə Saakaşvili müraciəti zamanı bildirib.
Qeyd edək ki, Liza Yasko Mixeil Saakaşvilidən 20 yaş kiçikdir.
Oxşar xəbərlər
Saakaşvili ona təklif edilən yüksək postdan niyə imtina etdi?
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili aprelin 26-da "Ukrayna 24" kanalının efirində bildirib ki, malik olduğu statusa görə Ukraynada Prezident Aparatı...