Elvis Preslinin ölən qızının evi 4,6 milyon dollara satılır - FOTO
Əfsanəvi müğənni Elvis Presli ilə həyat yoldaşı Prisilla Preslinin yeganə qızı Liza Mari Preslinin evi satışa çıxarılıb.
BAKU.WS xəbər verir ki, onun geniş malikanəsi 4,6 milyon dollara (7 milton 820 min AZN) satılır.
Liza keçmiş həyat yoldaşı Danny Keough ilə bu evi 2020-ci ildə kirayələyib daha sonra satın alıb.
Malikanənin kino zalı, şərab anbarı və qapalı idman salonu var. 7.440 kvadratmetr olan ev 6 yataq, 7 vanna otağından ibarətdir.
Xatırladaq ki, Liza Kaliforniya ştatının Calabasas şəhərindəki evinin yataq otağında qulluqçusu tərəfindən huşsuz vəziyyətdə tapılıb. Aktyor və musiqiçinin keçmiş həyat yoldaşı Denni Keough xəstəxanaya gələnə qədər Presliyə ürək masajı edib. Ürək dayanması şübhəsi ilə xəstəxanaya aparılan Presli müdaxilələrə baxmayaraq saatlar sonra dünyasını dəyişib.
Qeyd edək ki, Atası Elvis Presli vəfat edəndə Liza Mari 9 yaşında idi.
Qalereya
Oxşar xəbərlər
Elvis Preslinin miras davası bitdi - 100 milyon həyat yoldaşı ilə nəvəsi arasında bölündü - FOTO
Mərhum müğənni Elvis Preslinin 100 milyon dollarlıq sərvətini qızı Liza Presliyə vəsiyyət etdiyi bildirilirdi. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, 5...