Elvis Preslinin miras davası bitdi - 100 milyon həyat yoldaşı ilə nəvəsi arasında bölündü - FOTO
Mərhum müğənni Elvis Preslinin 100 milyon dollarlıq sərvətini qızı Liza Presliyə vəsiyyət etdiyi bildirilirdi.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, 54 yaşlı Liza vəfat etdiyindən onun var-dövləti qızı Rayli Kioya qalıb. Lakin Preslinin arvadı Prisilla bununla razılaşmayıb.
"The New York Times"ın yaydığı məlumata görə, Prisilla nəvəsinin anasına aid saxta imzadan istifadə edərək var-dövlətə sahib olunduğu iddia edib. Bu səbəblə də Prisilla, məhkəməyə müraciət edərək vəsiyyətin yenidən bölünməsini tələb edib.
Ötən gün keçirilən məhkəmədə nənə ilə nəvə arasında razılıq əldə olunub. Bununla da miras davası başa çatıb. Onların hansı şərtlər altında razılığa gəldiyi isə hələ ki, mətbuata açıqlanmayıb.
Oxşar xəbərlər
İlon Mask və "The New York Times" arasında "mavi işarə" gərginliyi
"The New York Times", "təsdiqlənmiş hesabda" yəni "mavi işarə"nin qalması üçün pul ödəməyəcəyini elan etdikdən və İlon Maskın tənqidindən sonra tvitterdə "mavi...