Vilayət Eyvazovdan yeni TƏYİNAT

12
noy
2020
14:22
Xaçmaz Rayon Polis Şöbəsində (RPŞ) kadr dəyişikliyi olub.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Xaçmaz Rayon Polis Şöbəsinin rəis müavini Teymur Mehvalıyev vəzifəsindən azad edilərək, Xaçmaz Rayon Mühafizə Bölməsinə rəis təyin olunub.
Nazirin digər əmri ilə onun yerinə Xaçmaz Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsinə Vüqar Orucov təyinat alıb.
Xatırladaq ki, bu təyinata qədər V.Orucov Xaçmaz RPŞ-nin Təhqiqat Bölməsinin rəisi vəzifəsində çalışıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...