Uqandalı uşaqların hazırladığı "Trampa sui-qəsd" səhnəciyi internetdə rekord qırır - VİDEO
Uqandalı uşaqlar Donald Trampa sui-qəsd cəhdini yenidən canlandırması ilə viral olublar.
BAKU.WS HABERLER.COM-a istinadən xəbər verir ki, video sosial şəbəkələrdə gündəm olub.
TikToker Blud Ug-un rəhbərlik etdiyi uşaqlar dünyanı şoka salan Trampa sui-qəsd hadisəsindən bir neçə gün sonra taxta tüfənglər və plastik qutulardan hazırlanmış podiumdan istifadə edərək xaotik səhnələri satirik şəkildə canlandırıblar. Videoda Trampı canlandıran oğlan yumruğunu havaya qaldıraraq "Müharibə!" deyə qışqırıb.
Video sosial şəbəkələrdə milyonlarla baxış toplayıb. İzləyicilər qeyd ediblər ki, bu, “bütün dünyanın” sui-qəsd cəhdini necə izlədiyini göstərir. Uşaqlar real səs yazısından istifadə edərək Trampı və Gizli Xidməti təqlid ediblər.
Sui-qəsd cəhdi Amerikada narahatlıq yaradıb. Bəzi şərhçilər Uqandalı uşaqların performansını Gizli Xidmətin cavabı ilə müqayisə ediblər.
Qeyd edək ki, Gizli Xidmət rəisi Kimberly Cheatle hadisədən sonra artan təzyiqlə üzləşib. Təcavüzkarın atəş açdığı damda niyə agentlərin yerləşdirilmədiyi sualına Cheatle mübahisəli açıqlama verib.
Oxşar xəbərlər
Trampa qarşı terror cəhdi - ABŞ-nin düşməni həmişə qapıdadır
ABŞ terrora, zorakı yolla hakimiyyət dəyişikliyinə qarşı çıxır. Nə qədər qəribə olsa da, hər iki cinayət bu ölkədə baş verir. Beləliklə, ölkə tarixi siyasi rəq...