Ukraynanın Kurska hücumu Avropada qazın qiymətini bahalaşdırdı
Rusiyanın Kursk vilayətindəki döyüşlər fonunda Avropada qazın qiyməti artmağa başlayıb.
Ticarət platformasından verilən məlumata görə, gün ərzində ICE birjasında Niderland qaz mərkəzi TTF indeksinə əsasən yanacağın qiymətləri 5,8 faiz artıb.
7 avqust tarixində qazın tədarükünə dair sentyabr ayının fyuçersləri 410 dollardan 2024-cü ilin maksimumu olan 438 dollara qədər bahalaşıb. Enerji resurslarının qiymət artımını Kursk vilayətinin Sudjansk rayonunda yerləşən və ötürmə qabiliyyəti gündə 42 milyon kubmetr olan "Sudja" qaz ölçmə stansiyasına Ukrayna Silahlı Qüvvələrinin hücumu sürətləndirib.
Bu, Rusiya qazının Ukrayna vasitəsilə Qərbi və Mərkəzi Avropa ölkələrinə yeganə qalan tranzit marşrutudur.
Oxşar xəbərlər
Avropada qaz ticarətin nəticələrinə əsasən bahalaşıb
Avropada qazın birja qiymətləri ticarətin nəticələrinə görə 8 % artaraq min kubmetr üçün 420 ABŞ dollarına çatıb. "Report"un məlumatına görə, bu barədə London I...