Avropada isti hava fonunda qazın qiyməti düşməyə davam edir
Avropada bugünkü hərracda qazın qiyməti fevralın 16-dan bəri ilk dəfə 1 000 kubmetr üçün 800 dollardan aşağı düşüb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə ICE London Birjasının məlumatında deyilib.
Günün əvvəlindən ümumi qiymət azalması 16 % təşkil edib.
Niderlandın TTF habında yanvar fyuçerslərinin dəyəri 1000 kubmetr üçün 791,3 dollara və ya MVt/saat üçün 71,66 avroya (cari avro/ABŞ dolları məzənnəsinə əsasən, ICE qiymətləri MVt/saat üçün EUR ilə təqdim olunur) düşüb.
Qeyd edək ki, Avropada isti hava fonunda qaz qiymətləri azalır. Aİ ölkələrinin əksəriyyətində bu həftə havanın temperaturu iqlim göstəricilərindən yüksək olaraq qalır ki, bu da nəinki saxlanclardan qazın çıxarılmasının azalmasına, həm də onların doldurulmasının rekord həddə qədər artmasına səbəb olub.
Oxşar xəbərlər
Avropada qazın qiyməti 2,7 min dolları ötdü
Avropada qazın spot qiyməti “Şimal axını” magistralında təmirlə bağlı xəbərlər fonunda 1 000 kub metr üçün 2,7 min ABŞ dolları səviyyəsindən yuxarı qalxıb. BAKU...