Avropada qazın qiyməti 2,7 min dolları ötdü
19
avq
2022
22:30
Avropada qazın spot qiyməti “Şimal axını” magistralında təmirlə bağlı xəbərlər fonunda 1 000 kub metr üçün 2,7 min ABŞ dolları səviyyəsindən yuxarı qalxıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, “ICE Futures” birjasında ən yaxın (sentyabr) TTF fyuçerslərinin qiyməti min kubmetr üçün 2 712 ABŞ dollarına çatıb.
Xatırladaq ki, bir qədər əvvəl Rusiyanın “Qazprom” şirkəti “Şimal axını” qaz kəməri ilə qaz nəqlini üç gün müddətinə dayandıracağını açıqlayıb.
Oxşar xəbərlər
Avropada təbii qazın qiyməti 2 000 dolları ötüb
Avropada qazın qiyməti mart ayından bəri ilk dəfə olaraq 1 000 kubmetr üçün 2 000 dollardan yuxarı qalxıb. BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, bu göstər...