Rusiya Ermənistanda qazın qiymətini artırır
Ermənistana qaz ixrac edən yeganə qurum - Rusiyanın “Qazprom” şirkəti Ermənistanda mavi yanacağın qiymətini qaldırıb.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyasının mətbuat xidmətinin məlumatına görə, Ermənistanda təbii qaza yeni tariflər müəyyən edilib.
2022-ci il aprelin 1-dən bütün istehlakçılar üçün vahid tarif tətbiq ediləcək; qazın qiyməti 1 000 kubmetr üçün 266.71 ABŞ dollarından 282.6 ABŞ dollarına, yəni 6 faiz qalxacaq.
“Qazprom” ASC Ermənistana daxili istehlak üçün yeganə qaz tədarükçüsüdür. Rusiya mavi yanacağının Ermənistandakı istehlakçılara çatdırılmasını Gürcüstan ərazisindən tranzitlə “Qazprom Ermənistan” vasitəsilə həyata keçirir.
Oxşar xəbərlər
İtaliyada yanacağın qiyməti rekord həddə çatıb
İtaliyada avtomobil benzininin bir litrinin qiyməti həftə ərzində 2 avronu keçərək rekord həddə çatıb. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, COVID-19 pand...